Upload

For You

Log in to follow creators, like videos, and view comments.

Popular topics

Comedy

Gaming

Food

Dance

Beauty

Animals

Sports

© 2022 TikTok

#sonsuzsevgi

7M views

Benim aşkım 1 tanee 🦅❤️ #anne #ilkaşk #sonsuzsevgi
12 illik yarım qalmış sevgi dastanı Azər...Songülün Qəhrəmanı… Ona həyatının bütün ilklərini yaşadan Böyük Sevginin Adı…🥀Azər – toy mağarı qurulmamış, xonçası bəzənməmiş, şaxı qalxmamış, xınası islanmamış, sevdalısı gözü yaşlı, arzuları yarı yolda, taleyi yarımçıq qalmış, Vətənin azadlığını bütün arzularından uca tutan, şəhadətiylə ürəklərdə Ucalan Qəhrəman.....Azər –  yarımçıq ömrünün tən yarısını  həsr etdiyi 12 illik sevgisini Vətən boyda ürəyində özüylə əbədiyyətə aparan Azadlıq sevdalı Şəhid…🥀Bu dünyaya gələn hər bir insanın son mənzili olur. İnsanların yaşamına, ömür yoluna nəzər saldıqca bəzən adama elə gəlir ki, sanki hamı bir-birinin yaşamını təkrarlayır… Amma Azər Yusifli  gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bir örnək, əvəzsiz bir nümunə olacaq – namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi…🥀Bu dünyada insanlar bir-birinə oxşadığı kimi talelər, sevgilər də bəzən bir – birinə bənzəyir. Amma Azərlə Songülün bağlılığı heç kimi təkrarlamayan bir bərabərlik, bir ilahi sevgiydi,  ki, elə sonu da bənzərsiz oldu…🥀💔Nakam ömrü bənzərsiz olan Azərin taleyi, 12 il ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizliyi ilə ürəklərdə iz saldı, ürəklərə Azərin yoxluğu böyüklükdə dağ oldu… Nişanlısı –  ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükdü....🥀🥀🥀😔💔#azərsongül#12il# sonsu zsevgi
Get TikTok App